Muəllif:

İkinci bir peykimiz də olacaq

Avqustun 28-də «Azərkosmos» ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında «Azərspace-2» telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanmasına dair Qrant Müqaviləsi bağlanıb. Bu barədə Trend-ə «Azərkosmos»da mətbuata bildirildiyinə görə, sözügedən müqaviləni hökumət adından Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov, qarşı tərəfdən isə ABŞ Ticarət və İnkişaf Agentliyinin rəhbəri Leocadia I. Zak imzalayıb.
Müqaviləyə əsasən, ABŞ Ticarət və İnkişaf Agentliyi «Azərspace-2» telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanması məqsədilə «Azərkosmos» ASC-yə yarım milyon ABŞ dollarından artıq məbləğdə qrant təqdim edəcək. Texniki-iqtisadi əsaslandırmanın qrant hesabına hazırlanması üçün «Azərkosmos» ASC-nin ABŞ Ticarət və İnkişaf Agentliyi ilə əlaqəli surətdə keçirəcəyi müsabiqənin nəticəsində ABŞ-da məsləhətçi şirkət müəyyən ediləcəkdir. Sözügedən tədqiqat «Azərspace-2» telekommunikasiya peykinin istehsalının texniki, iqtisadi və maliyyə imkanları, orbitə çıxarılması və orbitdə istismarı, eləcə də layihənin maliyyələşməsi və digər aspektlərini əhatə edəcək.
Müqavilədə məsləhətçi şirkət tərəfindən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasının 2014-cü ilin 30 iyun tarixinədək başa çatdırılacağı göstərilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115