Muəllif:

İki uşaq anasını öldürdü, qayınanasını isə yaraladı

Hadisə bu gün saat 14:30 radələrində Şamaxının Mədrəsə qəsəbəsində qeydə alınıb.
Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Həmidov Tələt Həmid oğlu nikahsız yaşadığı Mədrəsə qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nəzərova Qotaz İsa qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. Sərxoş halda evə gələn Tələt Həmidov əvvəlcə qadını döyüb. Sonra onun boğazını kəsib, döş və qarın nayihəsinə 6 bıçaq xəsarəti yetirib. İki uşaq anası olan Qotaz Nəzərova yerindəcə keçinib.Bu az imiş kimi, Həmidov daha sonra onun anası Niyara da xəsarət yetirib.Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Həmidov tutulub.

Əvvəllər həbsdə olmuş Tələt Həmidov 1997-ci ildən bəri qadının Mədrəsə qəsəbəsindəki evində yaşayıb. Faktla bağlı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 191