Muəllif:

İki taekvondoçumuz Avropa çempionu olub

Buxarestdə yeniyetmə taekvondoçuların Avropa birinciliyinə yekun vurulub. Taekvondo Federasiyasından bildirilir ki, Azərbaycan millisi yarışın son gününü də qızıl medalla başa vurub. Əliəsgər Əliyev (61 kq) yarımfinalda erməni Qagik Geqhamyanı mübarizədən kənarlaşdırıb. O, rəqib idmançıya 5:4 hesabı ilə qalib gəlib. Finalda isə Martinez Saez Alvaro (İspaniya) həmyerlimiz önündə aciz qalıb – 13:10.

Beləliklə, yığmamız Avropa birinciliyini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Millimiz komanda hesabında Rusiyadan sonra ikinci yeri tutub.

Əliyevdən öncə Nicat Əsgərli (57 kq) 1-ci, Ümid Məmmədov (33 kq) 2-ci, Sevda Pirseyidova (29 kq) və Nərgiz Mirzəyeva (33 kq) 3-cü olmuşdu.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126