Muəllif:

İki mülki şəxs günortaüstü Ermənistan tərəfə qaytarılıb

Bir neçə gün əvvəl Azərbaycan tərəfə keçmiş iki mülki erməni bu gün Ermənistan tərəfə qaytarılıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirir ki, mülki ermənilər BQXK-nın vasitəçiliyi ilə martın 20-də günortaüstü Qazax-İcevan yolunda Ermənistan hakimiyyət orqanlarına təhvil verilib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Firidun Sadıqov isə APA-ya bildirib ki, mülki ermənilər Qazax rayonu Bala Cəfərli kəndi ərazisində qarşı tərəfə qaytarılıb, proses insidentsiz başa çatıb. Sadıqov qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq humanitar normalara riayət edib: “Azərbaycan nümunə göstərdi ki, əsir və girovların qısa müddətdə qaytarılması mümkündür. Azərbaycan humanitar pırinspləri həmişə əsas götürüb”.

Qeyd edək ki, Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç martın 16-sı saat 16.50-də, İcevan rayonu Ayqeovid kənd sakini Arakelyan Anahid Hamazasovna isə martın 17-si saat 16.20-də təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən bizim əsgərlər tərəfindən saxlanılıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 163