Muəllif:

İki azərbaycanlını güllələyib, lakin hələ də azad gəzir

Rusiyanın İjevsk şəhərində bir azərbaycanlını qətlə yetirmiş, birini isə ağır yaralamış polis polkovnikinin hələ də məsuliyyətə cəlb olunmadığı üzə çıxıb. Bu barədə qətlə yeririlən Qaflan Aslanovun qohumları bildiriblər. Onların sözlərinə görə, Udmurtiya DİN Kriminalistika Ekspert Mərkəzinin rəis müavini, 48 yaşlı polis polkovniki Qluxov Andrey Leonidoviç cinayət törətsə də, hələ azadlıqda gəzir:

“O, heç vəzifəsindən də kənarlaşdırılmayıb. Yerli hüquq-mühafizə orqanları cinayəti ört-basdır etmək istəyirlər. Andrey Qluxovun özünü müfadiə məqsədi ilə silahdan istifadə etdiyini sübuta yetirmək istəyirlər. Müdafiə məqsədi ilə silahdan bir adama altı dəfə atəş açılmır! Öldüyünə əmin olmaq üçün o, sonuncu gülləni Qaflan Aslanovun başından vurub. Belə özünümüdafiə olur?! Bir də ki, nə qətlə yetirilən Qaflan Aslanovda silah olub, nə də Ehtiram Qasımovda…”

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Haciyev APA-ya açıqlamasında İjevskdə baş verən hadisənin onların nəzarətində olduğunu söyləyib. Onun sözlərinə görə, hadisə zamanı zərərçəkmiş ailəyə hüquqi yardım ediləcək: “Artıq Udmurtiya Respublikasının administarsiyasına bu barədə müraciət etmişik. Əlimizdən gələni edəcəyik ki, cinayətkar məsuliyyətə cəlb olunsun”.

Hadisə aprelin 13-də gecə saatlarında baş verib. Qluxov Andrey Leonidoviç qonşuluqda yaşayan azərbaycanlı, 1967-ci il təvəllüdlü Aslanov Qaflan Əbülfəz oğluna pnevmatik silahdan altı dəfə atəş açıb. Soydaşımız hadisə yerində keçinib, iki güllə yarası alan 1976-cı il təvəllüdlü Qasımov Etiram Əlibala oğlu isə ağır yaralanıb.

Hadisəyə səbəb Qaflan Aslanovun evindən gələn yüksək müsiqi səsi olub. Həmin gecə Q. Aslanovun ailəsində yeni evə köçmələri münasibətilə qonaqlıq mərasimi keçirilib. Bu zaman evin qapısı döyülüb. Qapını döyən, bir mərtəbə yuxarıda yaşayan polkovnik Andrey Qluxov Qaflan Aslanovu təhqir etməyə başlayıb. Qafqazlıların onu bezdirdiyini söyləyən polkovnik səs-küyü dayandırmağı tələb edib. Q. Aslanov qonşusundan üzr istəyərək səs-küyün olmayacağını söyləyib. Yarım saat sonra Andrey Qluxov bir də qapını döyüb. Bu zaman qapını Qaflan Aslanovun həyat yoldaşı açıb. Əlində silah olan polkovnik qadını itələyib və səs-küyə gələn Qaflan Aslanova tapançadan altı dəfə atəş açıb. Soydaşımızın bədəninə dörd, ağzına bir güllə vuran polis polkovniki daha sonra onun öldüyünə əmin olmaq üçün başına bir güllə də vurub. Qaflan Aslanov hadisə yerində, 8 yaşlı qızının gözü qabağında keçinib. Polkovnik daha sonra Aslanovun qohumu olan Ehtiram Qasımova da atəş açıb. İki güllə yarası alan Ehtiram Qasımov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xatörladaq ki, dünən Rusiya hüquq-mühafizə orqanları hadisə barədə başqa məlumat yayıb. Məlumata görə, nazirliyin kriminalistika ekspert mərkəzinin rəis müavini qonşuların qışqraraq danışdığını eşidib və onlardan özlərini sakit aparmağı tələb edib. Mübahisə edənlər Azərbaycan vətəndaşları olub. Polis polkovnikinin hadisəyə müdaxiləsi mübahisə edənlərin ona hücumu ilə nəticələnib. Polis əməkdaşı bu zaman silaha əl atıb, atəş açaraq onları güllələyib…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152