Muəllif:

İki avtomaşın toqquşdu və yandı: 3 yaralı..

Bakının Heydər Əliyev prospektində dəhşətli qəza baş verib. Nizami Rayon Polis İdarəsinə istinadən, hadisə zamanı toqquşan hər iki avtomobil yanıb. Qəza nəticəsində “90-FP-614” dövlət qeydiyyat nişanlı “Vaz 21-014” və “10- XO-058” dövlət qeydiyyat nişanlı ”Hyundai” markalı avtomobillər toqquşub.

Hadisə yerinə Nizami Rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib. Yanan hər iki avtomobil söndürülüb. Qəzada 3 adam yaralanıb. Onlardan biri polis polkovniki Elşən Ağahüseyn oğlu Həsənovdur. DİN Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin rəisidir. Digər yaralılar isə Bakı sakinləri, 24 yaşlı Taleh Həsənağa oğlu Əliyev və 26 yaşlı Fərid Rasim oğlu Xəlilovdur.

Yaralılar 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər.
Qəza baş verdiyi anlarda Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 147