Muəllif:

III İslam Həmrəylik Oyunları başlandı

İndoneziyada Üçüncü İslam Həmrəylik Oyunlarının təntənəli açılışı olub. Güney Sumatra əyalətinin Palembang şəhər idman kompleksindki açılış törənində İndoneziyanın məşhur mahnı ifaçıları, müxtəlif musiqi və rəqs qrupları, eləcə də ölkrəmizin Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, MOK vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Rəngli işıqlarla bəzədilən stadionda bütün kompozisiyalar milli koloritdə təqdim olunub. İndoneziyanın milli musiqi sədaları altında başlayan törən idmançıların paradı ilə davam edib.
Azərbaycan sıra keçidində Əlcəzair komandasından sonra 2-ci olub. Dövlət bayrağını İntiqam Zairov daşıyıb.
Rəsmi açılışda Azərbaycan heyəti 50 nəfərlə — idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə təmsil olunub.
Paraddan sonra çıxış edən İndoneziya Prezidenti Susilo Bambanq Yudona qısa zamanda təşkilatçılıq probleminin həll olunduğunu bildirib. İslam Həmrəylik Ölkələrinin oyunlarına böyük önəm verildiyini vurğulayan dövlət başçısı bu yarışların Palembanq üçün tarixi hadisə olduğunu söyləyib.
Rəsmi hissədən sonra İndoneziyanın milli geyimlərində olan qızlar müxtəlif rəqs səhnələrini nümayiş etdiriblər.
Mərasim olimpiya məşəlinin yandırılması ilə davam edib, atəşfəşanlıqla başa çatıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 517