Muəllif: Redaksiya
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli üç gün ərzində davam edən sərginin işini yüksək qiymətləndirib. Bəhmənlinin sözlərinə görə, kitab bayramı kimi qeyd olunan sərgi oxucuların böyük marağına səbəb olub: “Üç gün ərzində Azərbaycanda kitab bayramı yaşadıq. Məhz bu sərgi göstərdi ki, bizim ölkəmizdə kitab sevilir, oxunur və təbliğ olunur. Mənim üçün çox xoş oldu ki, oxucu ilə nəşriyyatların birbaşa təması baş tutdu. Biz bütün bu tədbirlərdə Azərbaycan dövlətinin böyük dəstəyini hiss etdik”.
Nazirliyin sektor müdiri Çingiz Əlioğlu sərgi-yarmarkada iştirak edən xarici və yerli nəşriyyat evlərinə, poliqrafiya müəssisələrinə diplom təqdim edib.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 125