Muəllif:

II İlia abortları qanunla yasaq etməyə çağırır

Gürcü Pravoslav Kilsəsinin başçısı patriarx II İlia hakimiyyəti abortları qanunla yasaq etməyə çağırıb. II İlia Pasxa bayramı münasibətilə etdiyi çıxışında bildirib ki, ölkədəki mürəkkəb demoqrafik vəziyyət nəzərə alınsa, belə bir qərarın qəbulu vacibdir. Patriarx deyib ki, bu işi qısa bir zaman içərisində etmək gərəkdir və sözünə əlavə edib ki, abort müdafiəsiz körpənin öldürülməsi deməkdir və bu qətldə ana ilə yanaşı, həkimin də əli var.
II İlianın gətirdiyi rəsmi rəqəmlərə görə, Gürcüstanda il ərzində 36 min abort edilib, gerçəkdə isə abortların sayı daha çoxdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 96