İdxal edilən avtomobillərə görə rüsumlar dəyişməz qalacaq
Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə idxal edilən avtomobillərə görə rüsumları dəyişdirməyi planlaşdırmır. Bunu jurnalistlərə DGK-nin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib:
«Heç bir dəyişiklik gözlənmir. İldə ölkəyə 80 mindən artıq avtomobil idxal edilir. Hər 10 nəfərdən birinə 1 avtomobil nəqliyyat vasitəsi düşür. Məlum olduğu kimi, rüsumun məbləği avtomobilin mühərrikinin gücü və digər parametrlərlə müəyyənləşdirilir. Hazırda ödənişin məbləğini hesablamağın mümkün olduğu kalkulyator bir çox internet səhifələrində, o cümlədən bizim komitəmizin saytında yerləşdirilib. Qanunda ölkəyə idxal edilən malın dəyərinin qiymətləndirilməsinin 6 qaydası yazılıb, rüsumun məbləğini müəyyənləşdirmək mexanizmi isə sadə riyazi hesablamadır».