Muəllif:

İdman zallarından nə qədər pul və telefon oğurlayıbmış

Bakıda idman komplekslərinin soyunub-geyinmə otaqlarından çoxlu sayda oğurluq etmiş şəxs yaxalanıb.
Paytaxt Baş Polis İdarəsinin mətbuat xidməti bildirir ki, fevralın 6-da M.X.Şərifli küçəsində yerləşən «Start» idman kompleksinin geyinmə otağında Bakı şəhər sakini Aydın İsmayılovun pulu və mobil telefonu oğurlanıb. Nizami Rayon 25-ci Polis Bölməsinin əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zaur Rəhimov tutulub və ondan 0,255 qram heroin aşkar edilib.
Rəhimovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı narkotiki ona satan, əvvəllər məhkum olunmuş Əhəd Əliyev tutulub və ondan 0,240 qram heroin, 3 ədəd mobil telefon aşkar edilib.
Daha sonra müəyyən edilib ki, Rəhimov «Start» idman kompleksində Araz Babayevin də mobil telefonunu oğurlayıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, o, fevralın 2-də Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən İdman-Sağlamlıq Mərkəzinin geyinmə otağından Şamil İsazadənin pulunu, Cavidan Mustafayevin, Hüseyn Qiyasovun, Əbdüləziz Aslanovun və Nihad Vəliyevin pulunu və mobil telefonunu oğurlayıb.
Bundan başqa o, yanvarın 27-də Nərimanov rayonunda yerləşən «Gənclik ASC» futbol meydançasının geyinmə otağından Zaur Zamanovun və Əmrah Məmmədzadənin mobil telefonunu, Cəmşid Rzaquliyevin, Mirəfqan Sultanovun, Adnan Hacıyevin, Emil Əsgərovun, Orxan Əliyevin pulunu, Nicat Xəlilovun isə mobil telefonu və pulunu oğurlayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 137