İdman dırmanması üzrə açıq respublika çempionatı başa çatıb
«ClimBaku» idman dırmanması mərkəzində keçirilən idman dırmanması üzrə açıq respublika çempionatı başa çatıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən bildirilir ki, Gənclər və İdman Nazirliyi və FAİREX-in təşkilatçılığı ilə keçirilən yarışda FAİREX-in «Salavat», «Ekstralife», «Şahdağ», «Zirvə», «Qaya Qartalları», «Ekosport», «Climber», «Gənclik», «AMEAST», «Qərb Universiteti», «Tanrıdağ», «Gəncə», «İrəli», «Rockstone», «Blackstone», «Şəki», «Kəpəz», «Kyanit», «Qafqaz» və digər idman klubları ilə yanaşı İran İslam Respublikasından olan idmançılar da iştirak edib.
Yerli və xarici idmançıların qatıldığı çempionat kişilər və qadınlar arasında boulderinq, çətinlik və sürət növləri üzrə üç mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün birinci yer uğrunda qızğın mübarizə aparıblar.
Çempionatın final mərhələsinin sonunda qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən isə medal və sertifikatlar təqdim olunub.
Çempionatın qalibləri:
Sürət mərhələsi üzrə (oğlanlar arasında)
1. Çingiz Tağızadə (Ekosport)
2. Ramel Rəhimxanov (Salavat)
3. Yamil Siraclı (Şəki)
Sürət mərhələsi üzrə (qızlar arasında)
1. Reyhan Məmmədova (Ekosport)
2. Aysel Sultanova (Ekosport)
3. Sima Səfərova (Qərb Universiteti)
Çətinlik mərhələsi üzrə (oğlanlar arasında)
1. Hossein Famil Rohani (İran İslam Respublikası)
2. Hossein Sadeghimahani (İran İslam Respublikası)
3. Vahid Bayramov (Qərb Universiteti)
Çətinlik mərhələsi üzrə (qızlar arasında)
1. Hüseynova Könül (Kyanit)
2. Elmira Ghorbanzade (İran İslam Respublikası)
3. Diana Hanina (Black Stone)
Boulderinq mərhələsi üzrə (oğlanlar arasında)
1. Tağızadə Çingiz (Ekosport)
2. Bayramov Vahid (Qərb Universiteti)
3. İbadov Babək (Ekosport)
Boulderinq mərhələsi üzrə (qızlar arasında)
1. Sultanova Aysel (Ekosport)
2. Hüseynova Könül (Kyanit)
3. Məmmədova Reyhan (Ekosport)