İctimai Palata prioritetləri müzakirə edir
İctimai Palatanın (İP) sessiyası öz işinə başlayıb. APA-nın məlumatına görə, sessiyanın gündəliyinə İctimai Palatanın 2013-cü ildəki fəaliyyətinin prioritet istiqamətləri daxil edilib.
Müzakirə olunan fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
a) İctimai Palatanın prezident seçkilərinə hazırlığı — seçkiqabağı şərait və seçki prosesinin demokratikləşməsi, bir və ya bir neçə namizədlə seçkidə fəal iştirak, seçkiqabağı tədbirlər planın və seçki platformasının hazırlanması, seçkilərin monitorinqi və seçkiyə nəzarətin təmin edilməsi, demokratik qüvvələrin və seçki addımlarının konsolidasiyası.
b) Ölkədə demokratik dəyişikliklər uğrunda mübarizə — İP-in proqram sənədi – “Avtoritarizmdən demokratiyaya keçidin yol xəritəsində nəzərdə tutulan məsələlərin reallaşdırlması”, cəmiyyət həyatının bütün sahələrində kompleks islahatlar aparılması təşəbbüslərinin irəli sürülməsi və bu məqsədə çatmaq üçün iqtidarla dialoq üçün addımların atılması, vətəndaşların və ictimi-syasi təşkilaştların konstitusiyon hüquq və azadlıqlarının (söz, sərbəst toplanma azadlığı, mülkiyyət hüquqları və sairə) fəal şəkildə müdafiə olunması, öz qanuni tələblərinin təmin olunması uğrunda yığıncaq, mitinq, piket, nümayiş və sairə formada kütəvi aksiyaların keçirilməsi.
c) İP-in fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi — İP-də vətəndaş cəmiyyətinin təmsilçiliyinin gücləndirilməsi və təşkilatın və cəmiyyətdəki rolunun, gücünün və nüfuzunun artırılması məqsədilə müvafiq funksional struktur islahatlarının aparılması, İP rayon təşkilatlarının işinin faydalılığının yüksəldilməsi və İP-in elektoral bazasının genişləndirilməsi işinin gücləndirilməsi, İP-in embilem, simvolika və üzvülük biletlərinin hazırlanması, İP-in bütün demokratik qüvvələrin əməkdaşlığı və koalisiya mərkəzinə çevrilməsi.
Sessiyanın sonunda müzakirələrin yekunu olaraq qərarlar qəbul olunacaq