İctimai nəqliyyatda gediş haqqı 50 % artacaq
İctimai nəqliyyatda gediş haqqı cüzi artırıla bilər. Nəqiliyyat Naziriliyi ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılması ilə bağlı hökümətə müraciət edib. Bu barədə nəqiliyyat nazirinin müavini Musa Pənahov deyib:
«Sərnişindaşıma ilə məşğul olan şirkətlər bizə müraciət edərək bildiriblər ki, hazırkı tariflər onların xərclərini ödəmir. Buna görə də xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tarifləri yüksəltmək lazımdır», — nazir müavini bildirib (Trend).
Onun sözlərinə görə, müraciət artıq hökumətə göndərilib. «Bu asan proses deyil və məsələyə Tarif Şurası tərəfindən baxılır. Razılıq əldə olunan kimi bu məsələyə baxılacaq», — Pənahov bildirib.
Onun sözlərinə görə, artım çoz cüzi olacaq.
«Bu gün şəhərdaxili marşrutlar üzrə hərəkət edən avtobuslarında gediş haqqı 0,2 manat təşkil edir, yeni tariflər isə hətta 0,3 manat səviyyədə olmayacaq, aşağı olacaq», — nazir müavini bildirib.
Pənahov konkret təkliflərin olduğunu bildirsə də, onları səsləndirməkdən imtina edib.
Əlavə edək ki, əgər 25 qəpiyə qaldırmaq nəzərdə tutulursa, realləqda bu — 30 qəpik demək olacaqdır. Çünki şəhərətrafı marşrutlarda bir qayda olaraq 25 qəpik yerinə 30, 35 qəpik yerinə 40 qəpik ödənilir. Yəni faktik olaraq «cüzi», deyil, 50% artımdan söz gedir.