Muəllif: Redaksiya
İçki işməkdə yaman geriləmişik
Azərbaycan spirtli içki içən vətəndaşların sayına görə Avropada sonuncu yerdədir.
ÜST Avropada səhiyyənin vəziyyətinə dair yeni hesabatında qitənin 53 dövlətində spirtli içkilərin istehlakı vəziyyətinə dair statistik göstəricilər yer alıb. ÜST hesab edir ki, Avropanın 53 ölkəsində əhalinin sağlamlığı nisbətən yaxşılaşıb. İnsanlar daha uzun ömür sürür və daha sağlam həyat tərzi keçirirlər. Lakin ölkələr arasında səhiyyə sahəsində göstəricilər ciddi şəkildə fərqlənir.
Əhalinin ümumi sayına nisbətdə alkohollu içkilər qəbul edən şəxslərin sayına görə, Azərbaycan, Türkiyə və Tacikistan 53 dövlət arasında sonuncu yerlərdə qərarlaşıblar.
Bölüm: Dünya
Oxunma sayı: 134