İbrahimbəyov ümumiyyətlə Bakıya qayıdacaqmı?
Prezidentliyə namizəd Rüstəm İbrahimbəyov, artıq elan edildiyi kimi, iyulun 31-də gəlməyəcək. Almaniyanın Zenit dərgisinə müsahibəsində bildirib ki, Bakıya «iki həftədən sonra» qayıtmaq fikrindədir. Bu məsələ Milli Şurada da ən çoxx müzakirə olunan mövzudur. Müsavat başqanı İsa Qəmbər onun qayıdışını şərt qoyur. Rəsul Quliyev ona xaricdən tövsiyə edir ki, gəlməsin, onun gəlişi üşün 2000 kommandos hazırdır, qayıdandan 2 gün sonra iş qurub onu tutacaqlar.
Rüstəm İbrahimbəyov «ləngiməsinun» səbəbini Avropada vacib işləri ilə əlaqələndirir. İş bu yerə catıb ki, onun Avropa marşrutları hətta Milli Şurada şübhə altına alınır. Həmin əsnada onun Avropada deyil, Moskvadaca olduğu iddia edilib.
İndi sual doğur: Rüstəm İbrahimbəyov ümumiyyətlə seşki ərəfəsində Bakıya qayıdacaqmı? Cavabı qəliz olan sualdır…