İAH: Azərbaycanda müasir quldarlıqla savaş pis getmir
ABŞ Dövlət Departamentində çərşənbə günü, 19 iyun tarixdə keçirilmiş mərasim zamanı Dövlət Katibi Con Kerri 2013-cü il üzrə İnsan Alveri Haqqında Hesabatı (İAH) geniş ictimaiyyətə təqdim etdi. İnsan Alveri Qurbanlarının Müdafiəsi üzrə Qanunun (İAQMQ) tələblərinə müvafiq olaraq İAH bütün dünya ölkələrindəki hökumətlərin müasir quldarlığa qarşı mübarizə istiqamətində həyata keçirdikləri fəaliyyətləri qiymətləndirir. Artıq on üçüncü buraxılış olan bu ilin hesabatına 188 ölkə və ərazi haqqında məlumatlar daxil edilmişdir.
ABŞ-ın Azərbaycandakı Missiyası insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi tərəqqi və bu ilin hesabatına əsasən ölkədəki vəziyyətin yaxşılaşdırılaraq Sıra 2-yə daxil edilməsi münasibətilə Azərbaycanı təbrik edir. Bu tərəqqi, insan alverinin aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin üzvlərinin həyata keçirdikləri səylər nəticəsində əldə edilmişdir. Hesabatda qeyd edildiyi kimi, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bundan sonra da, ciddi işlər görülməlidir. Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə işləməyə davam edəcəkdir.
2013-cü il üzrə İnsan Alveri Haqqında Hesabatın Azərbaycan bölməsini burada əldə edə bilərsiniz: http://www.state.gov/j/tip/rls/tiprpt/2013/210549.htm
Bu qoşmanın Azərbaycan dili versiyası yaxın günlərdə ABŞ Səfirliyinin internet səhifəsində (http://azeri.azerbaijan.usembassy.gov/) yerləşdiriləcəkdir

