Muəllif:

Hüseyn Bağırov Lənkəranda vətəndaşları dinləyib

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov cənub bölgəsinin əhatə etdiyi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının vətəndaşları ilə Lənkəranda görüşmüş, onların şikayət və təkliflərini dinləmişdir. Görüşdə nazirlə birlikdə tabe idarə və departamentlərin rəhbərləri də iştirak etmiş və 50-dən artıq yerli vətəndaşın müraciətlərinə baxılmışdır. Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə ilə bağli şikayət və təkliflər dinlənilmiş, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapmış, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülmüşdür.
Eyni zamanda, bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər də edilmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133