Muəllif:

Hüseyn Abdullayevin axtarışı İnterpol səhifəsində yer aldı

Hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən sabiq millət vəkili Hüseyn Abdullayevlə bağlı məlumatlar İnterpolun saytında yerləşdirilib.
İnterpol saytına istinadən, 46 yaşlı Hüseyn Abdullayev külli miqdarda vergidən yayınmada ittiham olunur.

İyunun 26-da APA hüquq-mühafizə orqanlarına istinadən sabiq millət vəkili Hüseyn Abdullayevin dövlətlər arası və beynəlxalq axtarışa verilməsi barədə məlumat yayıb. H. Abdullayev barəsində CM 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Abdullayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hüseyn Abdullayev bundan əvvəl 2007-ci ildə həbs olunub. O, parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F. Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hüseyn Abdullayev bu ittihamları rədd edir və «Susma!» klipi ilə bağlayır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 224