Muəllif:

Hoqan bu məsələnin bizim üçün nə dərəcədə ağrılı olduğunu öyrənib

ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Derek Hoqan 15 avqust 2013-cü ildə Pirşağı və Ramanıda məskunlaşmış məcburi köçkünlərə baş çəkdi. Cənab Hoqan Azərbaycanın məcburi köçkünləri haqqında məlumat almaq üçün məcburi köçkün ailələrlə görüşmüş, məktəbə nəzər salmış və düşərgənin rəhbərliyi ilə görüşmüşdür.
Görüşləri zamanı cənab Hoqan Dağlıq Qarabağ münaqişəsinin azərbaycanlı mülki şəxslərin həyatına təsiri haqqında öyrəndi. “Görüşlərdən bu məsələnin azərbaycanlılar üçün nə dərəcədə ağrılı və məyusedici olduğunu öyrəndim” deyərək cənab Derek Hoqan qeyd etdi. “ABŞ Səfirliyi bu məsələni həll etməyə yardım etmək üçün məcburi köçkün icmalarındakı və Azərbaycan hökumətindəki əməkdaşları ilə işləməyə hazırdır”.
Amerika Birləşmiş Ştatları Azərbaycandakı məcburi köçkünlərə yardıma sadiq olaraq qalır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllində tərəflərə yardım etmək məqsədilə Minsk Qrupu ilə işləməyə davam edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 111