Muəllif:

Hollandiya Avropa Türk Demokratlar Birliyi Niderland hökumətinə müraciət edib

Misirdə və Türkiyədə son baş verənlər haqlı olaraq bütün dünyanın diqqətini cəlb etdi. Ancaq təbii ki, Misirdə baş verənlər Türkiyədə baş verənlərlə eyni deyildi. Avropa Birliyinə daxil olan dövlətlər də olaylara öz münasibətini sərgilədilər. Niderland hökumətinin Misir və Türkiyə olaylarında tutdugu mövqe, heç də bütün Niderlandda yaşayan türkləri qane etmədi. Niderlandda fəaliyyət göstərən Avropa Türk Demokratlar Birliyi (UETD) Niderland hökumətinə, Baş Nazirə, Kabinet üzvlərinə, siyasi partiyalara və.s.bununla bağlı müraciət ünvanladı. Məktubda Niderland hökumətinin son dövrlər istər Misir, istərsə də Türkiyədə baş verənlərə heç də düzgün mövqe göstərməməsində diqqət çəkib. Misal olaraq Niderland hökumətinin Türkiyədə son olaylara hələ məsələlər tam aydınlaşmamış, tələm–tələsik münasibət göstərməsi və olayları “xalq hərəkatı ” kimi adlandırması göstərilib. Buna bənzər yanlış yanaşmanı Niderland hökuməti təxminən bir il öncə Misirdə seçkilər yolu ilə hakimiyyətə gəlmiş M. Mursinin hərbi çevriliş nəticəsində devrilməsinə sərgilədiyi müraciətdə də öz əksini tapıb. Hollandiya Avropa Türk Demokratlar Birliyinin başqani Dr. Veyis Güngörun imzaladığı müraciətdə daha sonra deyilir:
“Niderland hökumətinin son olaylar qarşısında yanlış mövqe nümayiş etdirməsi qənaətindəyik. Bu, Hollandiyanın bu günə qədər sərgilədiyi beynəlxalq münasibətlərlə bağlı siyasətinə uyğun deyil. Hollandiya hökumətinin Misirdə baş verən hərbi çevrilişə obyektiv münasibət göstərməsini istəyirik. Əks halda Hollandiya olaraq Misirdə baş vermiş hərbi çevriliş nəticəsində insanların zərər çəkməsinə, dünyasını dəyişməsinə tarix qarşısında cavabdehlik daşıyacağıq.”

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 210