Muəllif:

Hökumət Əli İnsanova 10 min avro ödəyəcək

Əli İnsanov Strasburq Məhkəməsində Azərbaycan hökumətinə qarşı işi udub. Hökumət Əli İnsanova 10 min avro təzminat ödəməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə açıqladığı qərarında deyilir ki,məhkəmə İnsanovun hüquqlarının 3-cü (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ) maddələr üzrə pozulduğunu təsbit edir. Bundan irəli gəlməklə AHİM ona 10 min avro təzminat ödənilməsi barədə hökm çıxarıb. Bu barədə Turan-a İnsanovun vəkili Toğrul Babayev bildirib.
Babayevin sözlərinə görə, Azərbaycan hökuməti üç ay ərzində AİHM Böyük Palatasına şikayət verə bilər. Şikayət təmin edilməsə, Ali Məhkəmənin Plenumu İnsanov barəsində qanunsuz məhkəmə qərarlarının ləğvi haqqında qərar qəbul etməlidir.
Əli İnsanov 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Lakin sonradan o, dövlət əmlakının oğurlanması və mənimsənilməsi ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Əlavə edək ki, AHİM-in çıxardığı qərara əsasən, Azərbaycan hökuməti indiyədək bir
neçə iş üzrə iddiaçılara sanballı təzminatlar ödəməli olub, biz vergi ödəyicilərini bu yolla ziyana salan bizim məhkəmə hakimlərinə isə yanlış qərarlarına görə gözün üstdə qaşın bar deyən olmayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 175