Muəllif:

Hökumət ATƏT müşahidəçilərini seçkilərə dəvət edəcək

Hökumət ATƏT müşahidəçilərini oktyabrda prezident seçkilərinə dəvət edəcək. Bu barədə XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in hazırki sədri, Ukrayna XİN rəhbəri Leonid Kojara ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Məmmədyarov qeyd edib ki, seçkilərə 2 ay qalmış ATƏT-ə müşahidəçi göndərilməsi ilə bağlı rəsmi müraciət ediləcək.
Növbəti prezident seçkiləri oktyabrın 16-da olmalı idi. Lakin həmin günün Qurban bayramına düşməsi ilə əlaqədar qanunvericiliyə düzəlişlər edilib ki, bu da MSK-ya seçkiləri ayın növbəti gününə təyin etmək hüququ verir. Danışıqlar zamanı əsas diqqət Qarabağ nizamlanmasına yönəlib. “ATƏT-in fəaliyyətdə olan sədri kimi Ukrayna nizamlanma məsələsini daim diqqətdə saxlayır və bu bizi sevindirir”, — Məmmədyarov razılıqla qeyd edib.
Bununla yanaşı o, Minsk Qrupunun işinin intensivləşdirilməsinə, o cümlədən qrupun Vyanada görüşlərinin tez-tez keçirilməsinə çağırıb. XİN rəhbəri həmçinin bildirib ki, yaxın vaxtlarda Minsk Qrupu həmsədrləri ilə daha bir görüş keçirmək niyyətindədir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 105