Muəllif:

Hokkeyçi qızlar Avropa çempionatında yarımfinala yüksəldilər

Fransanın Kamrai şəhərində qadın otüstü hokkeyçilər arasında keçirilən Avropa çempionatında qrup mərhələsinin son oyunları keçirilib. Otüstü Hokkey Federasiyası xəbər verir verir ki, «A» qrupunda yer alan milli komandamız son turda Litva yığmasını 5 cavabsız qolla məğlub edərək I yeri tutub və yarımfinala vəsiqə qazanıb. Qızların mübarizə apardığı qrupdan 2-ci yarımfinalçı hüququnu Ukrayna millisi ilə heç-heçə (0:0) oynayan meydan sahibləri — fransızlar qazanıblar. Beləliklə, qrup mərhələsini 7 xalla başa vuran Azərbaycan hokkeyçiləri qalib adını özlərinə təmin ediblər. Fransa yığması 4 xalla 2-ci olub. Ukrayna millisi 3 xalla III, litvalılar isə 1 xalla IV yeri tutublar.
«B» qrupunda keçirilən hər 2 oyunda 2:1 hesabı qeydə alınıb. Rusiya hokkeyçiləri Polşa, İtaliya millisi isə avstriyalıları həmin hesabla məğlubiyyətə uğradıb. İtaliya millisi keçirdiyi oyunlarda maksimum nəticə göstərərək 9 xalla I yerə layiq görülüb. Hərəyə 3 xal yığan Polşa, Rusiya və Avstriya komandaları II-IV yerləri bölüdürsələr də, daha yaxşı top fərqinə görə polşalılar qrup ikincisi olublar. Bu isə onlara yarımfinalda «A» qrupunun qalibi — Azərbaycan hokkeyçilərinə qarşı oynamaq imkanı verib.
Bu gün yarış iştirakçıları istirahət edirlər. Sabah iyulun 27-də ilk olaraq V-VIII yerlər uğrunda mübarizə aparacaq komandalar meydana çıxacaqlar. Sonra isə 2 yarımfinal oyunu olacaq. Bakı vaxtı ilə saat 18:00-da Fransa — İtaliya matçı başlayacaq. Saat 20:30 dəqiqədə isə Azərbaycan Polşa görüşü start götürəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127