Muəllif:

Hindistanlıya işgəncə verib öldürüblər.Niyə?

Bakıda meyiti tapılan Hindistan vətəndaşının ölümünün bəzi təfərrüatları bəlli olub. Binnud Khumar Çadrinin həyat yoldaşı iki gün əvvəl həmin ünvana gələrək qapını döyüb, lakin açan olmayıb. Bu gün yenidən o ünvana gələn qadın qapının bağlı olmasından və əri ilə əlaqə saxlaya bilmədiyindən narahat olaraq FHN qaynar xəttinə zəng edib. Bundan sonra həmin ünvana gələn FHN əməkdaşları qapını qıraraq içəri daxil olublar. Bu zaman çarpayının altında Hindistan vətəndaşının meyiti tapılıb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində isə onun əl-qolunun bağlanaraq döyülüb öldürülməsi və meyitin elektrik cərəyanına verilməsi müəyyən olunub. Hazırda hadisənin nə səbəbdən baş verməsi və kim və ya kimlər tərəfindən törədilməsi araşdırılır (APA).

BU şəxs Azərbaycanda küçə ticarəti ilə məşğul olub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində həyət evində yaşayıb, 1971-ci il doğumludur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 116