Muəllif:

Hindistan vətəndaşını öldürən pakistanlı tutulub

Hindistan vətəndaşını öldürən pakistanlı yaxalanıb.DİN və Baş Prokurorluğun bu barədə yaydığı birgə məlumatda qeyd olunur ki, martın 9-da saat 11.00 radələrində Bakı şəhəri, N.Rəfiyev küçəsi, 17 A ünvanda Hindistan vətəndaşı Çaudhari Binod Kumarın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilir. Faktla bağlı Xətai rayon prokurorluğunda CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və martın 14-də cinayət işi CM 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Bu gün isə polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən şəxs — Pakistanın Lahor şəhərində doğulmuş Ali Abid Ahmad Bashir (1986) martın 15-də tutularaq istintaqa cəlb olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135