Muəllif: Redaksiya
Hillari Klinton Londonda 80 funt-sterlinq cərimə olundu
Keçmiş dövlət katibi və Nyu York senatoru Hillari Klinton Beynəlxalq Diplomatiya Mükafatını almaq üçün gəldiyi Londonda cərimə olunub. Hillari Klinton özünün «Mercedes» avtomobilini saxladığı yerə görə ödəniş etmədiyi üçün Vestminster bələdiyyəsinin Nəqliyyat departamenti tərəfindən 80 funt-sterlinq cərimə olunub. Xanım Klintonun avtomobilin yanında olan mühafizəçiləri departament əməkdaşının cərimə yazmasına mane ola bilməyiblər.
Parklandırma cəriməsi 14 gün ərzində ödənilsə, yarıbayarı azalaraq 40 funt-sterlinqə düşəcək.
Bölüm: Dünya
Oxunma sayı: 139