Hicab istəyən kişilərə hökm oxundu
Ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştiraka görə tutulmuş və barəsində cinayət işi başlanmış 32 nəfərlik kişilərdən ibarət dəstədən daha bir qrupun cinayət işi üzrə proses Nərimanov Rayon Məhkəməsində başa çatıb. Bu dəfə hakim qarşısında 8 şəxs
dayanıb. Bu təqsirləndirilən 8 nəfər 3 ildən 5 il 6 ay müddətinə qədər azadlıqdan məhrum edilib.
Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən həmin aksiyada iştiraka görə ümumilikdə 32 nəfər tutulub. Maraqlıdır ki, qadınlara hicab tələb edənlərin arasında bir nəfər belə zərif cinsdən kimsə olmayıb. Ölkənin qadın vətəndaşlarından kim istəsə hicab
geyə bilər. Kişilərin niyə belə bir tələblə TN qarşısına
gəldikləri sual doğurub və bu xüsusda müəyyən — orada tutulanların xeyrinə olmayan mülahizələr dolaşır
Onlar rəsmən CM 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

