Muəllif: Redaksiya
Həyətyanı sahədə ardıcıl altı parlayış baş verib
Füzulidə vətəndaşın həyətyanı sahəsində ardıcıl altı parlayış baş verib. Hadisə Böyük Bəhmənli kəndində qeydə alınıb.
Kənd sakini Mətləb Əliyev öz həyətyanı sahəsində təmizlik işləri aparılarkən ardıcıl 6 partlayış baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Partlayışların dördü nisbətən güclü olub. Hazırda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Fizuli Regional bazasının mütəxəssisləri baş verən ərazidə yoxlama aparırlar.
Partlayan döyüş sursatlarının 1993-1994-cü illərdə kənddə gedən döyüş əməliyyatları zamanı atıldığı ehtimal olunur.
Bölüm: Xəbərlər
Oxunma sayı: 187

