Muəllif:

Həyəcan siqnalı: qonşu İranda vəba xəstəliyi yayılıb

Tehranda vəba xəstəliyinə yoluxma halı qeydə alınıb və və bu xəstəliyi ölkənin bütün ərazisinə yayılmağa başlayıb. Azərbaycan vətəndaşları bu ölkə ilə sıx təmasda olduqlarından bizim ölkənin səhiyyə orqanları ehtiyat tədbirləri görməlidirlər.
Radiofərda xəbər verir ki, paytaxt Tehranda 1 nəfərdə vəba xəstəliyi aşkarlanıb. SN Yoluxucu Xəstəliklər Mərkəzinin sədr müavini Mahmud Nəbəvi bildirib ki, Kərəc şəhərində də 1 nəfərin vəba xəstəliyinə yoluxması faktı qeydə alınıb: “Hazırda onların vəbaya yoluxmasının səbəblərini araşdırırıq. Ümumilikdə ölkə ərazisində 170 nəfər vəba xəstəliyinə yoluxub. Onlardan 144 nəfəri Əfqanıstan, 1 nəfər Pakistan və 25 nəfər isə İran vətəndaşıdır. Vəbaya yoluxanların əksəriyyəti İranın şərqində yerləşən qonşu ölkələrin vətəndaşları və qeyri-qanuni miqrantlardır. Çünki hazırda Əfqanıstanın şimal bölgələrində vəba epidemiyası geniş şəkildə yayılıb. Əfqanıstan vətəndaşlarının İrana tez-tez səfəri bu xəstəliyin İranda artmasına gətirib çıxarıb”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168