Muəllif: Redaksiya
Həsənquliyev Ayaz Mütəllibovu provokator adlandırıb
Milli Məclisin deputatı Ayaz Mütəllibovu provokator adlandırıb. Bu gün Milli Məclisin plenar iclasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov sərt tənqid olunub. APA-nın məlumatına görə, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, Ayaz Mütəllibov Xocalı soyqırımı ilə bağlı reallığa söykənməyən fikirlər işlədib. O, Ayaz Mütəllibovu provokator adlandırıb: “Eks-prezidentlər ilə bağlı qanun qəbul olunanda da onun haqqında öz fikirlərimi bildirmişdim. Ayaz Mütəllibov 1992-ci il martın 2-də istefa verdiyi vaxtdan mayın 14-də yenidən hakimiyyətə qayıtdığı vaxta qədər də bir çox cinayətlər törədib. Prokurorluq bu kontekstdə onunla bağlı araşdırma aparmalıdır”.
Bölüm: Siyasət
Oxunma sayı: 203