Həsən Ruhani Azərbaycanı və Türkiyəni İran üçün təhlükə sayır
Prezidentliyə namizəd HəsənRuhaniAzərbaycanı İran üçün təhlükə riski adlandırıb. Bu xəbəri İranın “arannyus” xəbər portalı yayıb. H. Ruhani Azərbaycanın İranla bağlı münasibətlərinə də toxunub. O, İranın ictimai—siyasi durumunu bilənAzərbaycanı Qərblə problemləri yaranmaması üçün İrandan uzaqlaşmaqda ittihamedib. Bu mənada prezidentliyə namizəd Azərbaycanı İran üçün təhlükə riskinə çevrilməkdə suçlayıb. H. Ruhani ad çəkmədənAzərbaycanı İranda etnik təfriqə yaratmaq hərəkətlərində günahlandırıb.
TürkiyəninAzərbaycana daim dəstək olmasına işarə edən Ruhani Türrkiyənin regional ambisiyalarının İran üçün problemləar yaradacağını bəyan edib. Bundan irəli gələrək H.Ruhani Azərbaycan və Türkiyədə baş verən prosesləri izləməyi, ortaq sərhədlər olan ərazilərdə tədbirlər görülməsini təklif edib.

