Muəllif:

Hərbi-sənaye şirkətləri Bakıya dəvət olundu

Dünyanını aparıcı hərbi-sənaye şirkətləri Bakıya dəvət olundu. İstanbulda İDEF-2013 sərgisi çərçivəsində 2014-cü il sentyabrın 17-dən 19-dək Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi barədə məlumat beynəlxalq hərbi ictimaiyyətə açıqlanıb. Sərgidə ADEX-2013 sərgisi barədə broşürlər iştirakçı firmalara paylanıb.

Nazir Yavər Camalov Bakı sərgisində 30 ölkədən çoxlu sayda şirkətin iştirakını gözlədiklərini bildirib. ADEX sərgisinin Azərbaycan Silahlı Qüvvələrinin və müdafiə sənayesinin əlaqələrinin genişlənməsi baxımından mühüm hadisə olacağını deyən Camalov yerli müdafiə sənayesinin də öz imkanlarını dünyaya duyuracağını vurğulayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 241