Muəllif: Redaksiya
Hərbi gəmilərin Həştərxan səfəri başa çatdı
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyanın Həştərxan limanına dostluq səfəri başa çatıb.
Səfər əsnasında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov Rusiyanın Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanmasının komandanı Sergey Alekmenski və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb. Hərni dənizçilər Həştərxan şəhərinə ekskursiya gəzintisində olublar. Şəhər sakinləri isə dənizçilərimizin məişəti ilə tanış olub. Bu birgünlük səfər Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Rusiya Xəzər donanması orkestrlərinin birgə konserti ilə yekunlaşıb.
Bölüm: Dünya
Oxunma sayı: 312