Hərbçiləri daşıyan avtobus dərəyə yuvarlandı: ölən və yaralananlar var
Hərbçiləri daşıyan avtobusun Şəmkirdə qəzaya uğraması faktı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, avtobus dərəyə yuvarlanıb. Xilasedicilər hadisə yerinə cəlb olunub. Avtobusda olan 7 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib. Hadisə Şəmkir-Gədəbəy yolunun 4-cü km-də, Yasamal aşırımında yol qəzası baş verib. Hərbçiləri daşıyan PAZ markalı avtobus Canbulaq Əmrahovun idarə etdiyi Toyota Land Cruiser markalı minik maşını ilə toqquşub və aşıb.
İlkin ehtimala görə, avtobus Şəmkir Hərbi Birləşməsinə məxsusdur. Avtobusun içərisində 8 hərbi qulluqçu olub. Onlardan biri kapitan Elxan Əliyev dünyasını dəyişib. 5 yaralı isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Şəmkir hərbi hospitalına yerləşdirilib. Onlardan 35 yaşlı Abbasov Elşad Salman oğlunun və 41 yaşlı Əsədov Midhəd Tələt oğlunun vəziyyəti ağırdır. Digər yaralıların şəxsiyyəti müəyyənləşdirilib. Hərbi Prokurorluğun və Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.

