Muəllif:

Həndbol komandalarımız Avropa kuboklarından kənarda qaldı

Kişi basketbolçulardan ibarət Azərbaycan klublarının ardınca həndbol komandalarının da Avropa kuboklarından kənar qalacağı dəqiqləşib. Milli komandanın baş məşqçisi Hikmət Abdullayev bildirib ki, son illərdə Azərbaycan çempionatı keçirilmədiyindən artıq həndbol da ölkəmizdə tarixin yaddaşına köçməklə üz-üzə qalıb. Halbuki, SSRİ dövründə həmişə “əl topu”nda öncüllərdən olan komandalarımız bu gün çox çətin dövrünü yaşayır. Abdullayev bildirib ki, bu qaranlıq yolda hələ işıq görünmür: “Həqiqət vəziyyət yaxşı deyil. Əgər biz 2005-ci ildən Avropa çempionatının seçmə mərhələsinə qatılmırdıqsa, artıq qadınlardan ibarət yığmamız da qitə birinciliyindən kənar qaldı. Avropa Kubokuna 6-cı ildi sifariş vermədik. Hər şey göz qabağındadır. Klub olmadıqca, səviyyə düşür və bu amil birbaşa milliyə təsir göstərir” (apasport.az saytı).

Baş məşqçi həndbol məktəblərinin bağlanmasından da narahatdır: “Son illərə kimi paytaxtımızda 6 həndbol məktəbi vardısa, artıq onların 4-ü bağlanıb. Əsas problem kimi də məşqçi qıtlığı göstərilir. Hazırda mən də bu məktəblərdən birində çalışıram. Burada yetişdirdiyimiz həndbolçu isə bir müddət sonra komandada qalmır. Səbəb də maliyyədir. Buna görə də əsas millimiz yoxdur, əvəzində gənclərdən ibarət komandamız fəaliyyət göstərir”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183