Muəllif:

Həmsədrlərə xatırlatma: Qaradağlı 21 ildir xarabadır

O gün 80-ə yaxın Qaradağlı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfər əsir götürülüb.
Ermənistan Silahlı Qüvvələrinin, erməni terror dəstələrinin və Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən və bu dəhşətli cinayətləri nörətməsindən 21 il ötür.

Erməni hərbi birləşmələri Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşlərdən sonra mühasirəni yaran düşmənlər fevralın 17-də kəndi işğal ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.

Qaradağlı indi də işğal altındadır.Minsk Qrupu həmsədrölkələri isə bu işğalı qanuniləşdirmək üçün əl atmadıqları nömrə qalmayıb. Biz bu məkrli oyunlara hələ ki müqavimət göstərə bilirik.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162