Muəllif:

Həmsədrlər regiona səfərlərinə dair birgə açıqlama yayıblar

Dekabrın 15-19-da Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə regionda səfərdə olublar. Bu barədə ATƏT-in yaydığı press-relizdə deyilir.

Press-relizə  görə həmsədrlər dekabrın 15-də Bakıda Azərbaycan prezidenti İlhamƏliyevlə, dekabrın 16-da Yerevanda Ermənistan prezidenti  SerjSarkisyanla, dekabrın 17-də isə Dağlıq Qarabağın “de-fakto hakimiyyət” nümayəndələri ilə görüşüblər. Prezidentlər və həmsədrlər  noyabrın 19-da Vyanada keçirilmiş yüksək səviyyəli görüşün və xaric iişlər nazirlərinin dekabrın 4-5-də Kiyevdə baş tutmuş məsləhətləşmələrin yekununu müzakirə ediblər.

Onlar bu danışıqların mövzusuna əsaslanaraq 2014-cü ilin yanvarayında səyləri davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər. Onlar  tərəfləri  gərginlik yarada biləcək hərəkətlərdən çəkinməyə və danışıqla rmasası arxasında irəliləyişə  kömək edəcək ab-havanı saxlamaq üçün işləməyə çağırıblar»

Həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni  sədrləri məsləhətləşmələr aparmaq üçün İsveçrəyə yola düşəcəklər.Bundan sonra iki xarici işlərnaziri ilə görüş və növbəti sammitə hazırlıq planlaşdırılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 95