Muəllif:

Hehrəm sakini çıxış yolunu Rusiya rəhbərliyi ilə kirvə olmaqda görür

 Naxçıvanın Nehrəm kənd sakinləri suvarma problemi  ilə üzləşiblər. Bu haqda kənd sakini Vəfadar Zeynlov bildirib.  Onun sözlərinə görə, Nehrəmdə suvarma sularına nəzarət “Cənnət” Sudan İstifadə ednlər cəmiyyətinin başçısı Cəmşid Həsənovun əlindədir. Bu şəxs öz əkin sahələrini suvardığı üçün kənd sakinləri əkinlərini suvara bilmir. O qeyd edib ki, hələ sovet dönəmində, yəni XX əsrin 70-ci illərində Nehrəm kənd sakinləri öz şəxsi vəsaitləri hesabına Araz çayına nasoslar qoyaraq suvarma xətləri çəkiblər. 

Cəmşid Həsənova qədərki 4 cəmiyyət sədrinin vaxtında kənd sakinləri su problemilə üzləşməyiblər. İndi isə nasosların hər birinin yanında polislər qoyulur ki, C.Həsənov sahələrini suvarıb qurtarmamış başqaları suvara bilməsin. Hər il bu vaxtlar Nehrəm sakinlərinin taxıl zəmiləri, tərəvəz məhsulları məhz susuzluq üzündən yanır. V.Zeynalov C.Həsənovun sakinləri bu saymazlığını Müşfiq adlı şəxslə kirvə qohumluğu olmasında görür. Bu Müşfiq adlı şəxs də öz növbəsində Naxçıvanın rəhbəri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun qaynıdır. 

“Belə yüksək qohumluq əlaqələrinə arxayın olan bu şəxslər sakinlərə zülm edirlər, indi mən sahəmi suvarmaq üçün ya Vasif Talıbovla, ya oğlu ilə, ya da anam rus olduğu üçün Rusiyanın rəhbərləri ilə kirvə olmalıyam”, — deyə Nehrəm sakini təəccüb doğuracaq mövqe bildirib (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199