Muəllif:

Həbsxanaya ət tikələrinin içində tiryək keçirə bilmədi

Fakt Qobustan həbsxanasında qeydə alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, martın 17-də əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən , CM 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nizami Qəmbərova (1966) xalası oğlu Rəfail Xəlilovun gətirdiyi sovqata baxış zamanı plastmas qabda olan 10 kq-lıq bişmiş ət tikələrinin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş xüsusi çəkisi 14,855 qram tiryək aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparıldığı deyilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 148