Muəllif:

Həbsdə olan jurnalistlərin sayına görə ilk onluqda yer aldıq

Dekabrın 18-də Jurnalistləri Müdafiə Komitəsi 2013—cü ildə jurnalistlərin ən çox həbs olunduğu ölkələrin siyahısını açıqlayıb. http://www.cpj.org/ru/2013/12/post-49.php 

Siyahıya Türkiyə liderlik edir. Ölkədə 40 nəfər KİV işçisi həbsdədir. İkinci yerdə İran (35), üçüncü yerdə Çindir (32).  Hesabata görə, dünya üzrə  211 jurnalist həbsdədir. Azərbaycan ilk onluğa daxildir (Eritreya, Viyetnam, Suriya, , Efiyopiya, Misir və Özbəkistanla birlikdə).

Komitə hesab edir ki, jurnalistlərin peşə fəaliyyətinə görə  həbs edilməsi yolverilməzdir və ciddi narahatlıq doğurur. Media İnstitutunun məlumatına görə,  Azərbaycanda 10 jurnalist, 3 bloger həbsdədir

Mərkəzi ofisi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi dünyada mətbuat azadlığını təmin edən müstəqil, qeyri-kommersiya təşkilatıdır.
 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135