Hazır yüngül sənaye məhsullarının 41%-i anbarlarda yatıb qalır
Bu ilin yanvar-avqust aylarında toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələri üzrə ixtisaslaşan müəssisələr tərəfindən ümumilikdə 57,6 mln. manatlıq məhsul istehsal olunub.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, həmin müəssisələr əsas məhsullardan 2,5 min ton pambıq lifi, 9,7 min ton pambıq iplik, 281,4 min kv. metr pambıq parçalar, 4,2 mln. cüt corab məmulatları, 214,5 min cüt üstü dəridən olan ayaqqabılar və s. məhsullar istehsal edib.
Buu ilin sentyabrın 1-nə sahə müəssisələrinin anbarlarında 23,3 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 8,3%-i qədər hazır məhsul qalığı mövcud olub. Bu, bu il istehsal olunan hazır məhsul həcminin 40,5%-nə bərabərdir.