Muəllif:

Hakimiyyətdən soruşuruq: Müharibəni niyə başlamırsınız?”

Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından 21 il ötdü. Hirsimizi a Ermənistan bayrağı yandırmaqla ifadə etdik. Azad Qarabağ Uğrunda Alyansın üzvləri Şuşanın iğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib və bu ziyarət Ermənistan bayrağını ayaqları altına atılaraq tapdanması ilə başlanıb. Daha sonra isə əbədi məşəlin qarşısında Ermənistan bayrağı yandırıblar. Əbədi məşəlin qarşısında qısa mitinq keçirilib, Alyansa daxil olan təşkilatların rəhbərləri Akif Nağı, Firidun Məmmədov, Rövşən Əhmədli və digərləri çıxış ediblər. QAT sədri Akif Nağı bildirib ki, Ermənistan bayrağının yandırılması düşmənə nifrəti somvolizə edir: “Eməni faşistləri Şuşamızı, Qarabağımızın digər ərazilərini işğal edib, bu gün həmin əraziləri erməniləşdirməklə məşğuldur. Bu nifrətimiz heç vaxt sönməyəcək. Biz hakimiyyətdən müharibəni başlamasını tələb edirik. Biz hakimiyyətdən soruşuruq: Nə vaxta qədər işğala, rəzalətə dözəcəksiniz? Müharibəni niyə başlamırsınız?”. Alyans üzvləri Türk Şəhidliyini də ziyarət ediblər.

Şuşanın işğalı nəticəsində 480 dinc vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Hələ ki bu rəzalətə dözürük…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 120