Muəllif:

Hakim partiya üçüncü dəfə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

Bu gün hakim Yeni Azərbaycan Patrtiyası (YAP) öz V qurultayında dövlət başçısı İlham Əliyevin üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürüb, deyə Turan xəbər verir.
İ.Əliyev həmçinin YAP sədri postunu saxlayıb. Onun xanımı Mehriban Əliyeva ilk dəfə olaraq YAP sədrinin müavini seçilib.
Sədrin iki yeni müavini seçilib. Onlar Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və baş nazirin müavini, Qaçqınlar üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovdur.
Əvvəlki sədr müavinlərindən yalnız YAP-ın icraçı katibi Əli Əhmədov öz postunu saxlayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122