Muəllif:

Hafiz Məmmədov Fransanın “Lans” klubunu aldı

“Bakı”nın prezidenti Hafiz Məmmədovun Fransanın “Lans” klubunun sahibi olmağı məsələsi rəsmiləşib.  Fransa mətbuatına istinadən yayılan xəbərə görə, klubun prezidenti Jerve Martellə Hafiz Məmmədov arasında sponsorluq müqaviləsi imzalanıb. Klubun səhmdarlarından «Credit Agricole Nord de France» öz səhmlərini rəsmən satışı ilə bağlı sözləşmə imzalayıb ki, buna klubların prezidentləri qol  çəkib, deyə .Apasport.az saytı bildirir.

Bu, gələn həftə “Lans”da rəhbərlik dəyişikliyi öncəsi son addımdır. Artıq indidən Martellə Məmmədovu Lansın eyniadlı təmsilçisinin yeni sahibləri saymaq olar. Yeni baş məşqçi Antuan Kombuarenin təqdimatı iyulun 9-10-da olacaq.

Hazırda “Lans”ın əsas problemi maliyyə təminatının vaxtında göstərilməməsi ilə bağlı III diviziona göndərilməsidir. Bu gün Fransa Futbol Federasiyasının müvafiq komissiyası məsələyə yenidən baxaraq, buna müsbət cavab verməyi ilə komanda II diviziona qayıdacaq. Klubun kapitalının artırılması üçün 12 milyon avro məbləğində pul qoyulmalı, daha 5 milyon isə dövriyyəyə buraxılmalıdır. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 321