Muəllif:

Hafiz Hacıyev DİN-ə çağırılıb


 

    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev fevralın 12-də   Daxili İşlər Nazirliyinə çağırılıb. Hacıyev mətbuata açıqlama verərək, yazıçı Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat vəd edib.    DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlovun Turan-a verdiyi məlumata görə, Hafiz Hacıyevə cinayətin törədilməsinə sövq edən çağırışının hüquqi nəticələri izah olunub.    Eyni zamanda, baş verə biləcək hər-hansı qanuna zidd əmələ görə cinayətin təhrikçisi kimi məsuliyyət daşıyacağı haqda rəsmən xəbərdarlıq edilib.

    Öz növbəsində, Ə.Əylisli Turan agentliyi vasitəsi ilə hüquq- mühafizə orqanlarını təhlükəsizliyinin təminatı ilə bağlı tədbirlər görməyə çağırıb. “Hüquq- mühafizə orqanları təsirli tədbirlər görməsə, ailəmi və özümü terrordan qorumaq üçün xaricə getmək məcburiyyətində qala bilərəm”, — deyə o vurğulayıb. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176