Muəllif:

Hacıqabul-Kürdəmir yolunda əlavə 2 zolağın salınması davam edir

Hacıqabul-Kürdəmir avtomobil yolunda əlavə 2 zolağın salınması ilə əlaqədar torpaq işlərinin ümumilikdə 94 faixi, ikiqat asfalt örtüyün salınmasının isə 60 faizi yerinə yetirilib.
Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu layihə Bakıdan Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun tərkib hissəsi olmaqla Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçir.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 120-ci km-dən başlamaqla ümumi uzunluğu 80 km təşkil edir.
Layihə üzrə 5 yol qovşağının, 1 körpünün, müxtəlif diametrli suötürücü boruların, yeraltı keçidlərin və yaşayış məntəqlərindən keçən ərazilərdə yerli yolların salınması nəzərdə tutulur.
Tikinti işlərində Avropa istehsalı olan və lazer nəzarət cihazları ilə təhciz olunan asfalt döşəyən maşından istifadə olunur ki, bunun da asfalt-beton örtüyünün keyfiyyətli döşənməsində xüsusi rolu var. 2011-ci ildə başlanan layihəni 2013-cü ildə başa çatdırmaq planlaşdırılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199