Muəllif:

Hacıqabul-Kürdəmir avtomobil yolunda 5 yol qovşağının tikintisi başa çatıb

Hacıqabul-Kürdəmir avtomobil yolunda 5 yol qovşağının tikintisi başa çatdırılıb. Bakıdan Gürcüstan sərhədinə qədər avtomobil yolunun tərkib hissəsi olmaqla Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçən yolun ümumi uzunluğu 80 km təşkil edir. Layihə üzrə 5 yol qovşağının, 1 körpünün, müxtəlif diametrli suötürücü boruların, yeraltı keçidlərin və yaşayış məntəqələrindən keçən ərazilərdə yerli yolların tikintisi nəzərdə tutulur.
Tikinti işləri çərçivəsində 1 körpü və yanaşma yolları istisna olmaqla 5 yol qovşağının tikintisi başa çatdırılıb. Nəzərdə tutulan 196 suötürücü qurğusundan 160-ı tikilib, torpaq işlərinin 94 faizi, asfalt işlərinin isə 75 faizi yerinə yetirilib.
Tətbiq olunun 2 növbəli iş rejiminə uyğun olaraq, hazırda tikinti işləri sürətlə davam etdirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 187