Gürcüstanın: Yeni Prezidentin inauqurasiyası noyabrın 17-də olacaq
Gürcüstanın yeni seçilən Prezidenti Giorgi Marqvelaşvilinin inauqurasiya mərasimi noyabrın 17-də keçiriləcək. Konsitutusiyaya əsasən, inauqurasiya seçkilərdən üç həftə sonra keçirilməlidir.
Hakim «Gürcü arzusu» partiyasından bazar ertəsi verilən məlumatda bildirilir ki, inauqurasiya ölkə qanunvericiliyinə uyğun şəkildə keçiriləcək. Mərasimin keçiriləcəyi yer barədə hələlik məlumat verilmir. Gürcüstan hökumətindən vurğulayıblar ki, inauqurasiya dəbdəbəli olmayacaq.
Gürcüstanda 27 oktyabr seçkilərində 3 741 məntəqədən 3 376 (90,99) seçki məntəqəsində səslərin hesablanmasından sonra hakim «Gürcü arzusu» koalisiyasının namizədi Giorgi Marqvelaşvili liderlik edir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, G. Marqvelaşvili bu məntəqələrdə səslərin 62,09 faizini toplayıb.
MSK-nın məlumatlarına əsasən, Vahid Milli Hərəkat partiyasının namizədi David Bakradze — 21,9 faiz səslə ikinci yerdədir. Azərbaydakından fərqli olaraq, qonşu Gürcüstanda seşkilərin nəticələri mübahisə predmeti deyildir. Saakaşvili artıq qalibi təbrik edib və Prezident sarayını tərk etmişdir.