Muəllif:

Gürcüstanın xarici işlər naziri: «Biz regionda sabitləşdirici rol oynamağa çalışırıq»

«Biz regionda sabitlləşdirici rol oynamağa çalışırıq. Lakin vəziyyət əlbəttə ki, mürəkkəbdir. Gürcüstan regionda vəziyyətini yaxşılaşması üçün həmişə pozitiv rol oynamağa hazırdır, amma bu o qədər də sadə iş deyil». APA-nın məlumatına görə, bu fikirləri Litvanın DELFİ agentliyinə müsahibəsində Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze deyib. XİN başçısı ölkəsinin həm Azərbaycan, həm də Ermənistanla yaxşı əlaqələrinin olduğunu vurğulayıb.
Mayya Pancikidze yenə də təkrar edib ki, GUAM-a digər ölkələrin üzv olmasına dair planları vardır. «Gürcüstan GUAM-a daxil olan ölkələrlə daha intensiv işləmək niyyətindədir» — deyə nazir bildirir. O deyir:
«Bizim GUAM-a digər ölkələrin, məsələn, Yaponiyanın, digər arzu edən dövlətlərin qoşulmasına dair planlarımız var. İstəyirik ki, GUAM ölkələrinin parlamentləri bir-biri ilə daha intensiv işləsinlər».
Nazir bu il Litvanın sədrliyi ilə Vilnüsdə keçiriləcək AB sammitinə böyük ümidlər bəsləyir. O fevralda «Şərq Tərəfdaşlığı» ölkələrinin nəqliyyat nazirlərinin qeyri-rəsmi görüşünü də keçiriləcəyini bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 170